Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəqliyyat vasitəsinə texniki qulluq xidmətlərinin göstərilməsi məqsədilə "İMPROTEX MOTORS" MMM ilə satınalma müqaviləsi imzalayıb.
Xəbər verilir ki, Ümumi məbləği 2.713,57 AZN təşkil edən müqavilə çərçivəsində avtomobilin cari təmiri və sürtkü yağlarının yenilənməsi nəzərdə tutulur.
Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovadır.
"İmprotex Motors" MMM (Məhdud Məsuliyyətli Müəssisə) — 1991-ci ildə təsis edilmiş Improtex Group şirkətlər qrupunun tərkib hissəsi olub, Azərbaycan avtomobil bazarında ilk rəsmi idxalçı kimi tanınır. "Improtex Motors" MMM-in və ümumilikdə "Improtex Group" holdinqinin sahibi keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovdur.
Ayaz
32gun.az