AZ

Təmizləyici su filtrlərinin gizli fəsadları açıqlandı

"Filtrdən axan təmiz su, əgər qurğuya düzgün qulluq edilmirsə, hər zaman təhlükəsiz olmur".

News365.az xəbər verir ki, bu barədə Kp.ru-ya istinadən Rusiya Dövlət Dumasının səhiyyənin mühafizəsi komitəsinin sədr müavini Tatyana Solomatina bildirib.

Onun sözlərinə görə, filtr vaxtında dəyişdirilmədikdə, o təkcə suyu təmizləmək funksiyasını itirmir, həm də infeksiyaların yayılması üçün mənbəyə çevrilir:

"Filtrdən çox və ya az istifadə olunmasından asılı olmayaraq, arzuolunmaz mikroorqanizmlər onun daxilində inkişaf edə bilər".

Mütəxəssis izah edib ki, filtrin içərisində zaman keçdikcə mikrobların çoxalması üçün əlverişli, durğun mühit formalaşır:

"Hətta nadir istifadə belə bu riskləri aradan qaldırmır. Buna görə də filtrin dəyişdirilmə müddətlərinə və istehsalçının tövsiyələrinə ciddi riayət etmək vacibdir".

Rusiyalı deputat qeyd edib ki, özü filtr elementlərini təxminən hər altı aydan bir dəyişir.

Seçilən
60
1
news365.az

2Mənbələr