Bu gün Misli Premyer Liqasında XXV tura yekun vurulur.
Moderator.az xəbər verir ki, günün yeganə qarşılaşmasında "Turan Tovuz" - "Qəbələ"ni qəbul edəcək.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq matç saat 16:00-da başlayacaq.
Misli Premyer Liqası
XXV tur
21 mart
16:00. "Turan Tovuz" - "Qəbələ"
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Akif Əmirəli, Elçin Məsiyev
VAR: Əliyar Ağayev
AVAR: Nicat İsmayıllı
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Elçin Məmmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
Qeyd edək ki, turun digər oyunlarında “Araz-Naxçıvan” səfərdə “Şamaxı”nı, “Zirə” “Karvan-Yevlax”ı, “Kəpəz” isə evdə “Qarabağ”ı eyni - 1:0 hesabı ilə məğlub edib. Lider “Sabah” “Sumqayıt”ı 3:1, “Neftçi” isə “İmişli”ni 6:0 hesabı ilə üstələyib.