AZ

Çöküş başlayır: Kreml kütləvi etirazlar dönəminə hazırlaşır

Axar.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Kreml internetdə qalan son “boşluqları” (Teleqramın bağlanması – red.) da qapatmağa başlayıb. Çünki rəhbərlik Ukraynadakı müharibə bitəndən sonra sərt tədbirlər olmasa, Rusiyada böyük narazılıq yarana biləcəyindən qorxur. Hətta bu, vaxtilə SSRİ-nin Əfqanıstandan uğursuz çıxışından sonra baş verənlərə bənzəyə bilər.

Axar.az xəbər verir ki, bu barədə “Röyters”də yayımlanan məqalədə deyilir.

Nəşr bildirir ki, ofis işçiləri bloklanmış internetə görə çətinlik yaşayır, yeniyetmələr tez-tez VPN dəyişir, taksi sürücüləri isə onlayn naviqasiya olmadan Moskvada ünvanı tapmağa çalışır.

Həmçinin qeyd olunur ki, məşhur sosial şəbəkələrin çoxu bloklanıb və Moskva ilə birlikdə digər böyük şəhərlərdə mobil internet tez-tez uzun müddətlik kəsilir.

Kreml isə səbəb olaraq iddia edir ki, həm Qərb şirkətləri ölkə ilə əməkdaşlıq etmir, həm də internetin kəsilməsi Ukrayna dronlarının Rusiya daxilində hədəflərə zərbə vurmasına mane olur.

“Röyters”ə danışan anonim diplomatlar isə vurğulayır ki, bunların hamısı əhali üzərində nəzarəti artırmaq planının bir hissəsidir.

Diplomatların fikrincə, müharibə uzandıqca, insanların hakimiyyətə dəstəyi azalır. Bu səbəblə də, müharibə bitəndə mümkün etirazlara hazırlaşırlar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
66
4
axar.az

5Mənbələr