AZ

FBI: ABŞ-da messencerləri hədəf alan hücumlarda Rusiya ilə əlaqəli şəxslər müəyyən edilib

BAKI, 21 mart. TELEQRAF

ABŞ Federal Təhqiqat Bürosunun (FBI) direktoru Kash Patel ölkədə messencerlərə qarşı həyata keçirilən kiberhücumlarda Rusiya kəşfiyyatı ilə əlaqəli şəxslərin müəyyən edildiyini iddia edib.

Teleqraf xəbər verir ki, ABŞ tərəfi bu hücumların fişinq üsulu ilə həyata keçirildiyini bildirir. Qeyd olunur ki, hücumlar kommersiya messencerlərini, o cümlədən "Signal" tətbiqini əhatə edib.

Kəşfiyyat məlumatlarına əsasən, hədəflər arasında ABŞ hökumətinin hazırkı və sabiq rəsmiləri, hərbçilər, siyasi fiqurlar və jurnalistlər yer alıb.

ABŞ rəsmiləri bu iddialarla bağlı messencerlərdə fişinq cəhdlərinə qarşı mübarizə üçün tövsiyələr də yayıblar.

Seçilən
98
teleqraf.com

1Mənbələr