AZ

Canluici Donnarumma Liqa Kubokunun finalında oynamayacaq

ain.az, Idman.biz portalına istinadən məlumat verir.

“Mançester Siti”nin qapıçısı Canluici Donnarumma 22 martda “Arsenal”a qarşı keçiriləcək Liqa Kubokunun finalında oynamayacaq.

İdman.Biz bildirir ki, “Siti”nin baş məşqçisi Xosep Qvardiolanın sözlərinə görə, onun yerinə Ceyms Trafford oyuna çıxacaq.

“Onun (Traffordun) şərhləri? Problem deyil. Oyunçular razı və ya narazı ola bilərlər. Bu, belədir. O, burada olacaq, əlindən gələni edəcək və sonra mövsümün sonunda nə olacağını görəcəyik”, - Qvardiola bildirib.

İngilis qapıçı əvvəllər komandadakı rolundan məyus olduğunu bildirib. O, bu mövsüm bütün yarışlarda 12 oyun keçirib.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
44
1
icma.az

2Mənbələr