Əməkdar artist Firuzə İbadova sosial şəbəkədə yaşlı ifaçıların tənqid edilməsinə münasibət bildirib.
Bizim.Media xəbər verir ki, "Günə uğurla" verilişinə qatılan müğənni yeni ideyasını açıqlayıb:
"Əvvəlki mahnılarımı yeni səslə oxuyacağam. Deyirlər, yaşlı müğənnilər gedib köhnə səs yazıları ilə oxuyurlar. Siz bilirsiniz, o yaşlı nəsil nə qədər savadlıdır?
72 yaşım olacaq. Amma səsim cavan qalıb. Müğənni vaxtında yatmalı, səsini qorumalı, yaxşı qidalanmalı və çox danışmamalıdır". /Axşam.az
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta