AZ

Pezeşkiandan Yaxın Şərqlə bağlı maraqlı TƏKLİF

Region ölkələri Yaxın Şərqdə sülh və sabitliyi təmin etmək üçün yeni təhlükəsizlik strukturu yaratmalıdırlar.

Redaktor.az "IRNA"ya istinadla xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian bunu Novruz bayramı münasibətilə etdiyi çıxışında bildirib.

Onun sözlərinə görə, məsələ Yaxın Şərqin İslam ölkələrinin iştirakı ilə regionda sülhün bərqərar olmasına və təmin edilməsinə yönələcək təhlükəsizlik strukturunun yaradılması ilə bağlıdır. Dövlət başçısı regionun xarici iştiraka ehtiyacı olmadığını qeyd edərək, müsəlman dövlətləri ilə əməkdaşlıqda "Yaxın Şərq İslam Şurası"nın yaradılmasının mümkünlüyünü vurğulayıb.

Bu mexanizmin təhlükəsizlik, iqtisadiyyat, mədəniyyət və siyasət sahələrində münasibətləri tənzimləməsi gözlənilir.

Pezeşkian qonşu ölkələrə müraciət edərək bildirib: "Bir-birimizlə vuruşmağa haqqımız yoxdur".

Seçilən
69
6
redaktor.az

7Mənbələr