AZ

Məhkəmə Maskı Twitter-in dəyərini azaltmaq üçün investorları yanıltmaqda günahkar bilib

BAKI, 21 mart. TELEQRAF

ABŞ-nin San-Fransisko şəhərində andlılar məhkəməsi iş adamı Elon Maskıı “Twitter” şirkətinin alınması ərəfəsində investorları bilərəkdən yanlış yönləndirməkdə təqsirli bilib.

Teleqraf xəbər verir ki, qərar "Bloomberg" tərəfindən yayılıb.

Bildirilir ki, İlon Mask 2022-ci ildə sosial şəbəkədə çoxlu sayda saxta hesabların mövcudluğu ilə bağlı açıqlamalar verərək şirkətin dəyərini aşağı salmağa və alış qiymətini azaltmağa çalışıb.

Andlılar məhkəməsi hesab edib ki, iş adamının təxminən beş ay ərzində etdiyi ictimai bəyanatlar şirkətin səhmlərinin dəyərinə mənfi təsir göstərib.

Qeyd olunur ki, məhkəmə növbəti mərhələdə investorlara dəyən ziyanın məbləğini müəyyən edəcək və İlon Mask həmin məbləği kompensasiya etməli olacaq.

Xatırladaq ki, İlon Mask 2022-ci ildə “Twitter” sosial şəbəkəsini 44 milyard dollara alaraq onun adını “X” olaraq dəyişib.

Seçilən
91
teleqraf.com

1Mənbələr