AZ

Türkiyə XİN İsrailin Suriyanın cənubuna hücumunu qınayıb

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) İsrailin Suriyanın cənubundakı hərbi infrastrukturu hədəf alan hücumunu təhlükəli ekskalasiya sayır və qınayır.

"Report" xəbər verir ki, bu, Türkiyə XİN-in bəyanatında yer alıb.

Bildirilib ki, İsrailin hücumları beynəlxalq hüququn, Suriyanın suverenliyinin və ərazi bütövlüyünün pozulmasıdır:

"İsrail hücumlarının dayandırılmasını təmin etmək məqsədilə beynəlxalq ictimaiyyəti məsuliyyətli olmağa çağırır və bu xüsusda 1974-cü il Qüvvələrin Ayrılması Sazişinin (Disengagement Agreement) icrasının əhəmiyyətini vurğulayırıq. Türkiyə bundan sonra da Suriyanın ərazi bütövlüyü, birliyi və suverenliyi əsasında ölkədə qalıcı sabitliyin, təhlükəsizliyin bərqərar olmasına yönəlmiş səylərində Suriya Hökuməti və xalqı ilə həmrəylik içində olmağa davam edəcək".

Qeyd edək ki, martın 20-də səhər saatlarında İsrail Müdafiə Ordusu Suriyanın cənubundakı hərbi infrastruktura zərbələr endirib.

Seçilən
101
far.az

1Mənbələr