“Napoli”nin müdafiəçisi Leonardo Spinazzola karyerasını İtaliyanın başqa klubunda davam etdirə bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Yuventus” italiyalı futbolçuyla müqavilə imzalamaqda maraqlıdır.
Turin klubu müdafiəçiyə iki illik müqavilə təklif etməyə hazırdır.
Spinazzola 2024-cü ilin yayından bəri “Napoli”də çıxış edir. Tərəflər arasında mövcud müqavilənin müddəti 2026-cı ilin iyun ayının sonuna qədərdir.