AZ

"xAI" qeyri-etik görüntülər hazırladığı üçün məhkəməyə verilib

"xAI" qeyri-etik görüntülər hazırladığı üçün məhkəməyə verilib

ABŞ-ın Tennessi ştatında milyarder iş adamı İlon Maska məxsus "xAI" şirkətinə qarşı görüntülərin yaradılması alətləri vasitəsilə real fotoları uyğunsuz məzmunlu hala gətirdiyi iddiası ilə məhkəmə iddiası qaldırılıb.

AFN.az xəbər verir ki, Tennessidə liseydə təhsil alan 3 gənc "xAI" şirkətinin mərkəzinin yerləşdiyi Kaliforniya ştatında şirkətə qarşı kollektiv iddia qaldırıb.

Məhkəmə ərizəsində qeyd olunub ki, məqsəd yetkinlik yaşına çatmayan və ya uyğunsuz məzmunlu görüntüləri yaradılan minlərlə zərərçəkmişin təmsil olunmasıdır. Sənəddə iddiaçılardan birinin 2025-ci ilin dekabrında anonim şəkildə uyğunsuz görüntülərinin sosial media platformasında yayıldığı vurğulanıb. Sözügedən zərərçəkmişin üzünün və bədəninin cinsi məzmunlu hala gətirildiyi, görüntüləri yayan şəxsin "xAI"ın texnologiyasından istifadə edərək real fotoları qeyri-etik şəkildə dəyişdirdiyi ifadə edilib.

Hazırda "Grok" sisteminə qarşı beynəlxalq səviyyədə reaksiyalar davam edir. "X" istifadəçilərinin saxta cinsi görüntülər yaratması müxtəlif ölkələrin etirazına səbəb olub. Hindistan yanvarın 2-də platformaya qarşı geniş araşdırma tapşırığı verib. İlon Mask isə yanvarın 3-də bildirib ki, "Grok"u qeyri-qanuni məzmun istehsalı üçün istifadə edənlər qanunsuz məzmun yükləyənlər kimi rəftar görəcək.

Buna baxmayaraq, narazılıqlar səngimək bilmir. İndoneziya və Malayziya təhlükəsizlik tədbirlərinin yetərsizliyi səbəbindən "Grok"a girişi müvəqqəti məhdudlaşdırdığını bəyan edib. Böyük Britaniyanın "Ofcom" tənzimləyici qurumu rəsmi təhqiqata başlayıb, Yaponiya hökuməti isə yanvarın 16-da bu növ məzmunlara qarşı tədbir görülməsi üçün çağırış edib.

Seçilən
119
afn.az

1Mənbələr