AZ

Neftçalada qardaşların faciəli şəkildə ölümünün TƏFƏRRÜATI FOTO VIDEO

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

Neftçala rayonunun Qazaxbərəsi kəndində bayram hazırlıqları faciə ilə yekunlaşıb. Bayram süfrəsi üçün alış-veriş etmək istəyən iki qardaş – Rəvan və Əli Manaflılar avtomobil qəzası nəticəsində həyatlarını itiriblər.

Globalinfo.az xəbər verir ki, Mağazadan geri qayıdarkən qardaşlardan birinin sükanı arxasında olduğu avtomobil idarəetmənin itirilməsi nəticəsində evlərinə cəmi 20 metr qalmış yol kənarındakı kanala aşıb. Zərbənin təsirindən qaz borusu qırılıb və avtomobil suya düşüb. Hər iki qardaş hadisə yerində həlak olublar. Onların cansız bədənləri sudan çıxarılaraq ailələrinə təhvil verilib.

Hadisə ilə bağlı danışan qardaşların babası Zakir Manafov Baku TV-yə bildirib: “Böyük arzularım var idi. Hamısı getdi. Ən təhlükəli yer oradır. Həmin yerə yüzlərlə maşın düşüb, amma baxan yoxdur”.

Qonşuların sözlərinə görə, həmin ərazi illərdir təhlükə mənbəyi olub. Bu dəfə də sözügedən yerdə iki gəncin ömrü yarımçıq qaldı. Onların valideynləri Bakı şəhərində yaşayır, ailə bayram münasibətilə kəndə toplaşmışdı. Qardaşlardan biri son bir ildə babasının yanında qalırmış.

Qeyd edək ki, ailədə elə iki övlad olub. Həlak olan gənclər kənd qəbiristanlığında yanaşı məzarlarda torpağa tapşırılıb. Hadisə ilə bağlı araşdırmalar davam edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
144
globalinfo.az

1Mənbələr