Mövsümün sonunda “Liverpul”dan bir neçə futbolçu ayrılacaq.
"Football-plus.az" xəbər verir ki, İngiltərə klubu yayda 5 və ya 6 oyunçu ilə yolları ayırmağa hazırlaşır.
“Daily Mail” qəzetinin məlumatına görə, rəhbərlik hücumçu ilk növbədə Məhəmməd Salahla vidalaşmağı düşünür. Yayda müqaviləsinin müddəti başa çatacaq müdafiəçi Endryu Robertsonun gələcəyini də müzakirə edilir. Digər müdafiəçi İbrahima Konatenin gələcəyi də qeyri-müəyyəndi. Klub ona yeni müqaviləni nəzərdən keçirmək üçün aprelin əvvəlinə qədər vaxt verib.
“Liverpul” 2 mövsüm ərzində baş məşqçi Arne Slotun dəstəyini qazana bilməyən yarımmüdafiəçi Federiko Kyeza üçün təklifləri nəzərdən keçirəcək. Müdafiəçi Cozef Qomesin gələcəyi əsasən Konatenin komandadakı statusundan asılıdı. O, az oyun şansı almasından narazıdı. Körtis Cons da klubdan ayrıla bilər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta