AZ

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start verilib.Bizim.Media xəbər verir ki, Dünya Cüdo Turuna daxil olan yarışın ilk günündə bir cüdoçumuz fəxri kürsüdə yer alıb.-66 kq çəki dərəcəsində mübarizə aparan Turan Bayramov finala gedən yolda Fransa, Rusiya, Almaniya, Finlandiya və Gürcüstan təmsilçilərini ipponla məğlub edib.

 

Həlledici görüşdə Qazaxıstan idmançısı Nurkanat Serikbayevə yuko xalı ilə məğlub olan idmançımız gümüş mükafata layiq görülüb.

Bu, 23 yaşlı cüdoçumuzun yeni çəkidə ilk, karyerasında isə dördüncü “Böyük Dəbilqə” medalı olub.Qeyd edək ki, sabah daha 4 cüdoçumuz tatamiyə çıxacaq.Rəşad Rafiqoğlu, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
3
bizim.media

4Mənbələr