AZ

İrana ağır zərbə: Raket zavodları və hərbi obyektlər məhv edildi

İsrail Hərbi Hava Qüvvələri Tehran yaxınlığında silah istehsalı üçün istifadə olunan zavodlara, həmçinin İsrail üçün birbaşa təhlükə yaradan uzaqmənzilli ballistik raketlərin komponentlərinin hazırlandığı obyektlərə silsilə hava zərbələri endirib. Bu barədə CAXAL-ın (İsrail Müdafiə Ordusu) mətbuat xidməti məlumat yayıb.

NOCOMMENT.az xəbər verir ki, əməliyyat çərçivəsində ölkənin mərkəzi hissəsində yerləşən və daxilində ballistik raketlərin buraxılış qurğularının saxlandığı hərbi obyektlər də hədəf alınıb. Hücum anında həmin obyektlərdə İran hərbçilərinin olduğu bildirilir.

İsrail tərəfi bu zərbələrin İranın hücum potensialını zəiflətmək məqsədi daşıdığını və hərbi hədəflərin dəqiqliklə vurulduğunu bəyan edib. Tehran administrasiyası hələlik itkilərlə bağlı rəsmi geniş açıqlama verməsə də, regionda gərginlik pik həddə çatıb.

Sara,
NOCOMMENT.az

Seçilən
50
nocomment.az

1Mənbələr