Moldova parlamenti MDB Nizamnaməsindən çıxmaqla bağlı qanun layihəsini birinci oxunuşda təsdiqləyib.
Publika.az xəbər verir ki, bu qərar qanunverici orqanın saytında yayımlanan iclasda qəbul edilib.
Qətnamədə deyilir ki, 1993-cü il yanvarın 22-də Minskdə qəbul edilmiş Müstəqil Dövlətlər Birliyinin Nizamnaməsi ləğv edilsin.