AZ

“İnter” çempionluğu əldən verməyəcək"

İtaliyanın "Milan" klubunun sabiq hücumçusu Marko Simone İtaliya çempionatında hələ də maraqlı mübarizə qalmadığını açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, o, hesab edir ki, “İnter” sabiq komandası “Milan”dan səkkiz xal öndədir və böyük xal itkiləri gözləmək mənasızdır.

“Əgər ‘Milan’ ‘Latsio’nu məğlub etsəydi, ‘İnter’ isə indi ‘Fiorentina’ya uduzsaydı… Amma mən hesab edirəm ki, ‘İnter’ elə bir klub deyil ki, çox xal itirsin. Ona görə də ‘Milan’ın şansları əvvəlcədən çox yüksək deyildi.”

Qeyd edək ki, yaxın həftəsonu “Milan” "Torino" ilə qarşılaşacaq.

Seçilən
70
90deqiqe.az

1Mənbələr