AZ

Yuri Vernidub: “Avrokuboklara vəsiqə qazana bilmək üçün səhv etməməliyik”

 

“Neftçi” PFK-nın baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının “İmişli” klubu ilə 25-ci tur oyunundan sonra mətbuat konfransında iştirak edib.

Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

“İki hücumçumuz – Sambu və Abubakar zədələnib. Yalnız Salyanski ilə Kurçi qalmışdı. “Qəbələ” ilə matçda Freddi Varqası hücumda oynatmışdıq. Bu gün də yoxladıq və pis alınmadı. Futbolçulara çox təşəkkür edirəm, istəkli və gözəl əhvalda idilər. Bundan əvvəl “İmişli”yə qalib gələ bilməmişdik. Borcumuzu qaytarmalıydıq. Futbolçulara minnətdaram. Onlar 3 gün dincələcəklər, sonra yenidən hazırlaşacağıq. Artıq səhv etmək şansımız yoxdur. Avrokuboklara vəsiqə qazana bilmək üçün səhv etməməliyik. Qarşıda əsas rəqiblərlə oyunlarımız var. Bu matçlarda xarakteri görəcəyik”.:

 

Seçilən
25
1
fanat.az

2Mənbələr