Düşmən hesab edirdi ki, müharibənin başlanmasından bir-iki gün sonra İranı dağıtmağa nail olacaq.
Publika.az xəbər verir ki, bu sözləri İranın ali dini lideri Müctəba Xamenei deyib.
O bildirib ki, xalqın diqqəti və hərbçilərin misilsiz cəsarəti sayəsində düşmənin düşərgəsində çaşqınlıq və ümidsizlik əlamətləri ortaya çıxıb:
“Düşmən fikirləşirdi ki, ali lideri və hərbi komandirləri öldürməklə xalqımızda qorxu və ümidsizlik yaradacaq, onları təslim olmağa məcbur edəcək və İran üzərində hökmranlıq xəyalını reallaşdıracaq, sonra isə ölkəni parçalayacaq”.