İranın lideri Müctəba Xamenei Türkiyə və Omana edilən hücumların İran tərəfindən həyata keçirilmədiyini bildirib.
Turkustan.az xəbər verir ki, Xameneyi Ramazan və Novruz bayramı münasibətilə bir mesaj yayıb.
Xamenei bildirib ki, "Bu, sionist düşmənin İran İslam Respublikası ilə qonşuları arasında bölünmə yaratmaq üçün istifadə etdiyi saxta bayraq taktikasıdır və bu, bəzi digər ölkələrdə də baş verə bilər".
Xamenei qonşularla münasibətlərin möhkəmləndirilməsinə inandığını bildirib.
O, həmçinin Pakistan və Əfqanıstanın daha yaxşı münasibətlər qurmasını arzuladığını da bildirib.
Ölkə mətbuatını "düşmənin" psixoloji hücumlarına xidmət edəcək fəaliyyətlərə qarşı ehtiyatlı olmağa çağıran Xamenei ölkəsinin həssas və zəif nöqtələrini vurğulamaqdan çəkinməli olduqlarını əlavə edib.
Aytən Yaşar/ Turkustan.az