AZ

Rusiya mediası Azərbaycanı hədəf aldı

“SP”: “Əgər İranda mövcud hakimiyyət qalarsa, Azərbaycanla qarşıdurmada olacaq...”

“Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi yalnız Rusiya və İran arasında layihə deyil. Bu, həm Moskva, həm də Tehran üçün tamamilə dost olmayan Azərbaycana da aid layihədir”. Musavat.com xəbər verir ki, “Svobodnaya Pressa” öz təhlil məqaləsində belə yazır.
Siyasi analitik Mixail Neyjmakov nəşrə deyib ki, İran ətrafında hərbi eskalasiya davam edir və dəhlizin ən vacib hissəsi- İranın cənubundakı Bəndər Abbas limanı vaxtaşırı atəşə tutulur. “Bu liman ABŞ və İsrail üçün açıq-aydın hədəfdir. Ən problemli ssenari, mövcud böhran nəticəsində İranda daha sərt xətt tərəfdarlarının hakimiyyətə gəlməsidir ki, bu da ABŞ və İsraili vaxtaşırı bu ölkə ərazisinə hava zərbələri endirməyə vadar edə bilər. Aydındır ki, vəziyyət bu cür uzun müddət davam edə bilməz. Lakin İran ətrafında uzunmüddətli gərginliyin azaldılması üçün yeni fürsət pəncərəsi, ABŞ-ın növbəti administrasiyası dövründə açılacaq” deyə, o bildirib.
PicturePolitoloq deyib ki, müəyyən bir nəqliyyat dəhlizinin keçdiyi ölkələr arasında ciddi gərginlik riski olduğu müddətcə, yük daşımalarının əlavə çətinliklərlə üzləşmə ehtimalı qalır: “Məlum olduğu kimi, Bakının müxtəlif mərhələlərdə təkcə Moskva ilə deyil, həm də Tehranla fikir ayrılıqları olub. Buna baxmayaraq, Moskva və Bakı qarşılıqlı gərginlik dövründə belə, bu marşrutunun inkişaf perspektivlərini qorumağa çalışıblar: “Məsələn, 2025-ci ilin avqust ayında, Rusiya ilə Azərbaycan arasında yumşalmadan danışmaq hələ tez olduğu bir vaxtda, iki ölkənin Hökumətlərarası Komissiyasının iclası keçirildi və burada digər məsələlərlə yanaşı, bu dəhlizin inkişafı da müzakirə edildi”.
“APN Şimal-Qərb qəzeti”nin redaktoru Andrey Dmitriyevin sözlərinə görə, Şimal-Cənub Dəhlizi haqqında söhbətlər indilikdə yersiz görünür. “Üstəlik, mövzunun özü yeni deyi. İran rejimi devrilərsə və vətəndaş müharibəsi başlayarsa və ya qərbyönümlü bir hökumət hakimiyyətə gələrsə, dəhlizin işləməsi ehtimalı azdır. Əgər mövcud hakimiyyət qalarsa, Azərbaycanla qarşıdurmada olacaqlar. Bu, artıq hazırkı müharibədə nümayiş etdirilib, uzunmüddətli münasibətlər də gərgin olaraq qalacaq”. Politoloq təklif edib ki, prioritet Azərbaycan olmadan birbaşa İrana dəniz nəqliyyatı olmalıdır və bu da ən qısa yoldur. Rusiya Federasiyası hökuməti yanında Maliyyə Universitetinin Siyasi Elmlər kafedrasının dosenti Dmitri Yejov deyir ki, müharibənin Şimal-Cənub dəhlizinin perspektivlərini arxa plana atdığı göz qabağındadır.

PictureMəqalədə irəli sürülən yanaşma daha çox geosiyasi riskləri ön plana çıxarsa da, bu, Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinin real mahiyyətini tam əks etdirmir. Dəhlizi yalnız Rusiya–İran kontekstində təqdim etmək və Azərbaycanın rolunu kölgələmək əlbəttə ki, yanaşmadır.
Əslində, Azərbaycan bu layihənin əsas həlqələrindən biridir və onun coğrafi mövqeyi alternativsiz tranzit imkan yaradır. Bakı olmadan dəhlizin effektiv və davamlı işləməsi çətin görünür. Bu baxımdan “Azərbaycan olmadan marşrut” ideyası daha çox qərəzli ideyadır, reallıqla əlaqəsi yoxdur.
İran müharibəsi ilə bağlı arqumentlərdə müəyyən həqiqət payı daşısa da, bu, layihənin perspektivlərini tamamilə şübhə altına almır. Əksinə, qlobal qeyri-sabitlik şəraitində alternativ nəqliyyat xətlərinə ehtiyac daha da artır və bu sözügedən dəhlizin əhəmiyyətini gücləndirir.
Musavat.com

Seçilən
81
2
musavat.com

3Mənbələr