AZ

Ağdərə ağ günlərini yaşayırVİDEO

Günləri belə başlayır bu insanların… Heç yorulmadan səhərin erkən çağından oyanırlar… Ailə-uşaqla birlikdə doğma yurdun təmiz havasını udub, günlük işləri görürülər… Bəlkə də bir zamanların yuxu kimi gələn hadisələrinin indi reallğından həzz alırlar…

Xezerxeber.az xəbər verir ki, Məhəbbət Salahov doğma yurddan çıxanda uşaq olub. Amma indi uşaqları ilə bu cənnət məkanda ömrünün ən gözəl günlərini yaşayır.

Ağdərənin Həsənriz kəndi işğaldan azad edildikdən sonra, yerli sakinlərin geri dönüşü ilə axar - baxarlı günlərinə qatıdıb. Sakinlər artıq öz ocaqlarında gündəlik qayğıları ilə məşğul olurlar.

Ailənin ağsaqalı Güloğlan Salahov deyir ki, kəndin işğalı zamanı Oğuz rayonunda məskunlaşıblar. Amma, indi doğma kəndlərində hazırkı yaradılan şərait onların arzularından da yüksəkdir.

Həsənriz kəndini 6 yaşında valideynlərindən eşidən balaca Yağmur da buraya dönüşün məmnunluğunu özünəməxsus şəkildə ifadə edir.

Bir sözlə, Ağdərənin Həsənriz kəndində həyat qaynayır. Sakinlər yenidən canlanan kəndə yeni nəfəs verirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
113
xezerxeber.az

1Mənbələr