AZ

Turan Bayramov “Böyük Dəbilqə” turnirində gümüş medal qazanıb

Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start verilib.

İdman.Biz xəbər verir ki, Dünya Cüdo Turuna daxil olan yarışın ilk günündə bir cüdoçumuz fəxri kürsüdə yer alıb.

-66 kq çəki dərəcəsində mübarizə aparan Turan Bayramov finala gedən yolda Fransa, Rusiya, Almaniya, Finlandiya və Gürcüstan təmsilçilərini ipponla məğlub edib.

Həlledici görüşdə Qazaxıstan idmançısı Nurkanat Serikbayevə yuko xalı ilə məğlub olan idmançımız gümüş mükafata layiq görülüb.

Bu, 23 yaşlı cüdoçumuzun yeni çəkidə ilk, karyerasında isə dördüncü “Böyük Dəbilqə” medalı olub.

Qeyd edək ki, sabah daha 4 cüdoçumuz tatamiyə çıxacaq.

İdman.Biz
Seçilən
41
3
idman.biz

4Mənbələr