Bazar piştaxtalarında Novruzun əsas atributlarından sayılan çərəzlər diqqət çəkir.
Xezerxeber.az xəbər verir ki, qoz ləpəsinin kiloqramı 15-20 manat arasında dəyişir. Qara və ağ kişmiş təxminən 12 manat, qovrulmuş fındıq isə 50 manata yaxın təklif olunur. Püstənin yarım kiloqramı isə 8-9 manat civarındadır.
Kişmişin kiloqramı 10 manat, ərikqurusu 7-10, alça 7-8 manat arasında dəyişir. Kənd toyuğu və digər quş əti məhsulları da müxtəlif rayonlardan bazarlara gətirilərək alıcılara təqdim edilir. Qiymətlər isə 12-15 manat aralığındadır.
Meyvə və tərəvəz piştaxtalarında həm mövsümi, həm də qeyri-mövsümi məhsullar satışa çıxarılıb. Satıcılar deyirlər ki, bayram günlərində daha çox qiymət artımı pomidorda hiss olunur.
Baharın simvolu olan səməni də bu günlərdə ən çox alınan məhsullardandır. Kiçik səmənilər 2 -5-10 manata, daha böyük və bəzəkli variantlar 25 manata təklif olunur.
Ət və digər ərzaqlar əsas xərc hissəsini təşkil edir. Sümüksüz mal ətinin kiloqramı təxminən 21 manat, düyü 3-4 manat, toyuq və əlavə məhsullar isə 10-20 manat aralığında dəyişir. Tərəvəz, yağ və digər əlavələr üçün orta hesabla 20 manat tələb olunur. Bayram süfrələrinin əvəzedilməzi olan balıq da boldur.
Meyvə piştaxtalarında da qiymətlər müxtəlifdir. Alma, banan, portağal və naringi 2,5-3 manat, nar və üzüm 4 manat, kivi 4 manat, ananas isə 6 manat civarında satılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.