Gürcüstanın paytaxtı Tbilisidə keçirilən "Böyük Dəbilqə" turnirində Azərbaycan cüdoçusu Turan Bayramov (66 kq) uğurla çıxış edib.
Offsideplus.az xəbər verir ki, bütün rəqiblərini məğlub edərək finala yüksələn təmsilçimiz, həlledici görüşdə qazaxıstanlı Nurkanat Serikbayevə uduzaraq fəxri kürsünün ikinci pilləsində qərarlaşıb.
Yarışa qatılan digər cüdoçularımız – Rəşad Yelkiyev (66 kq), Könül Əliyeva (48 kq) və Leyla Əliyeva (52 kq) turniri mükafatsız başa vurublar.