AZ

Rusiya uçot dərəcəsini 15 faizə endirdi

Rusiya Mərkəzu Bankından verilən açıqlamada, iqtisadiyyatda balanslı artım prosesinə yaxınlaşıldığı qeyd edildi.

Qiymət artımlarının, birdəfəlik amillərin təsiri ilə sürətlənməsindən sonra yenidən yavaşladığına işarə edilən açıqlamada, bu amillərin təsiri tamamilə sona çatdıqda inflyasiyada azalma prosesinin yenidən başlayacağı bildirildi.

Mövcud pul-kredit siyasəti çərçivəsində inflyasiyanın bu il 4,5-5,5 faiz səviyyəsinə geriləməsinin gözlənildiyi qeyd edilən açıqlamada, “Rusiya Mərkəzi Bankı, uçot dərəcəsini 50 baza bəndi azaldaraq 15 faizə endirmək qərarı verib” qeyd olunub.

Açıqlamada, inflyasiyanın ilin ikinci yarısında 4 faiz səviyyəsində sabitləşməsinin gözlənildiyi bildirilib.

İllik inflyasiya hədəfi 4 faiz

Rusiya Mərkəzi Bankı, Rusiya-Ukrayna Müharibəsinin başlamasından dərhal sonra uçot dərəcəsini 20 faizə yüksəltmişdi. Pul siyasəti faizi 2023-cü ilin sonundan 2024-cü ilin iyul ayının sonuna qədər 16 faiz səviyyəsində saxlanılmış, 2024-cü ildə ardıcıl 4 faiz artımı həyata keçirilmişdi.

Bank, 2025-ci ilin iyun ayında keçirdiyi iclasda, 2022-ci ilin sentyabr ayından bu yana ilk dəfə uçot dərəcəsini endirərək 21 faizdən 20 faizə, ilin sonuna qədər isə 16 faizə və ötən ay keçirilən son iclasda 15,5 faizə qədər endirmişdi.

Bank, təxminən 6 faiz səviyyəsində olan illik inflyasiyanı 4 faizə endirməyi hədəfləyir.

Seçilən
56
marja.az

1Mənbələr