AZ

Putinin sevinci uzun sürmədi Ukrayna ordusu bu şəhəri geri qaytardı

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Xarkov vilayətində yerləşən Kupyansk şəhəri demək olar ki, tam şəkildə Ukrayna Silahlı Qüvvələrinin nəzarətinə keçib.

Glibalinfo.az xəbər verir ki, bunu rusiyalı bloqer Vladimir Romanov deyib.

O bildirib ki, hazırda şəhərin şimal hissəsində qalan ərazilərin təmizlənməsi üçün əməliyyat aparılır.

Romanovun sözlərinə görə, proses Rusiya Müdafiə Nazirliyinin

informasiya səssizliyi fonunda həyata keçirilir.

“Kupyansk demək olar ki, tamamilə Ukrayno ordusunun nəzarətindədir. Ordu qalan şimal hissədə təmizləmə aparır. Mərkəzi Rayon Xəstəxanasındakı döyüşçülər həlak olub”, – deyə o vurğulayıb.

Bundan əvvəl Ukrayna KİV-ləri şəhərdəki Mərkəzi Rayon Xəstəxanası kompleksinin Rusiya qüvvələri üçün əsas dayaq nöqtələrindən biri olduğunu yazırdı.

Məlumata görə, rus hərbçilər aylarla həmin binanın zirzəmilərində gizlənərək Ukrayna dronları və artilleriyasının davamlı zərbələri altında qalıb.

Xatırladaq ki, 2025-ci ilin noyabrında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Prezident Vladimir Putinə məruzəsində “Qərb” qoşun qruplaşmasının Kupyansk şəhərinə nəzarəti ələ keçirdiyini bildirmişdi.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
37
globalinfo.az

1Mənbələr