Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
ABŞ Prezidenti Donald Tramp Şimali Atlantika Müqaviləsi Təşkilatını (NATO) növbəti dəfə “kağız pələng” (güclü görünməyə çalışan zəif anlamında) adlandırıb.Bu sözləri ABŞ prezidenti “Truth Social” şəbəkəsində yazıb.ABŞ prezidenti bu bəyanatı NATO-nun Hörmüz boğazında mümkün hərbi əməliyyata qoşulmamasına cavab olaraq səsləndirib.“NATO, ABŞ olmadan kağız pələngdir! Onlar İranı dayandırmaq üçün mübarizəyə girmək istəmirdilər. İndi onlar ödəməyə məcbur olduqları yüksək neft qiymətlərindən şikayətlənirlər, lakin Hörmüz boğazının açılmasına kömək etmək də istəmirlər. Qorxaqlar”.Tramp vurğulayıb ki, boğazın açılması enerji resurslarının qiymətlərini sabitləşdirə biləcək “sadə hərbi manevr”dir.Onun sözlərinə görə, müttəfiqlərin belə addımdan çəkinməsi “qorxaqlıq təzahürü” kimi qiymətləndirilə bilər. (Savash.media.az)Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.