AZ

Gürcüstanda Ramazan və Novruz bayramları münasibətilə xeyriyyə aksiyası keçirilib

Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın Gürcüstandakı səfirliyi, Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) birgə təşəbbüsü və təşkilatçılığı ilə Tbilisidə, həmçinin Marneulidəki “Azərbaycan Evi”ndə Ramazan və Novruz bayramları münasibətilə xeyriyyə aksiyası keçirilib.

Hafta.az xəbər verir ki, aksiya çərçivəsində 400-dən artıq müxtəlif çeşiddə ərzaq məhsulları olan humanitar yardım paketləri aztəminatlı ailələrə, ahıl şəxslərə və xəstələrə paylanıb.

Təşəbbüsün əsas məqsədi Ramazan və Novruz bayramları ərəfəsində sosial həmrəyliyi gücləndirmək, ehtiyac sahiblərinə həm mənəvi, həm də maddi dəstək göstərməkdir.

Seçilən
82
hafta.az

1Mənbələr