AZ

Ərdoğan: Bölgədəki münaqişələrə çıxış yolu axtarırıq VİDEO

ain.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə diplomatik yollarla bölgədəki münaqişələrə çıxış yolu axtarır.

Moderator.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rizedə dövlət xəstəxanasının açılışında deyib.

"Bununla yanaşı, Türkiyəni hazırda yaşanan regional savaşlardan uzaq tutmağa çalışırıq",- Ərdoğan bildirib.

Qeyd edək ki, Ərdoğanın açılışında iştirak etdiyi xəstəxana 36 min kvadratmetr ərazidə inşa edilib və iki korpusdan ibarətdir. İstifadəyə verilən xəstəxana 100 çarpayı tutumuna malikdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
120
8
moderator.az

9Mənbələr