AZ

Siyəzəndə Novruz bayramı: Qədim adət-ənənələr necə yaşadılır?

Siyəzən rayonunda Novruz bayramı bu il də özünəməxsus ənənələrlə qeyd olunur.

Baku TV-nin məlumatına görə, rayon sakinləri baharın gəlişini böyük sevinc və coşqu ilə qarşılayır, keçmişdən gələn adət-ənənələri bu gün də yaşadır və nəsildən-nəslə ötürürlər.

Sakinlərin sözlərinə görə, rayonun ən məşhur ənənələrindən biri qulaq falıdır.

"Fal zamanı "Allah subay gənclərimiz üçün gözəl tale nəsib etsin" kimi xoş sözlər deyirik, ən gözəl arzularımızı dilə gətiririk", - deyə sakin qeyd edib.

"Novruz bayramının özünəməxsus ənənələri var. Çalışırıq ki, qədim adətlərimizi gələcək nəsillərə ötürək", - deyə digər bir sakin qeyd edib.

Seçilən
66
far.az

1Mənbələr