AZ

Azər Bağırov: Daha çox əziyyət çəkdik və qələbə qazandıq

Fanat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Misli Premyer Liqasında XXV turun oyunları keçirilir. "Kəpəz" Yevlaxda "Qarabağ"ı qəbul edib. Qurban Qurbanovun komandası səfərdə gözlənilməz məğlubiyyətlə üzləşərək çempionluq yolunda daha bir zərbə alıb. (1:0)

Fanat.Az nominal meydan sahiblərinin baş məşqçisi Azər Bağırovun açıqlamalarını təqdim edir:

"Xalqımızı Ramazan və Novruz bayramı münasibətilə təbrik edirəm. Azərbaycan çempionuna qarşı mübarizə apardıq. Çətin olacağını bilirdik. Bu gün daha çox əziyyət çəkdik və qələbə qazandıq. Əlbəttə ki, "Qarabağ" daha çox topa yiyələnmişdi. Oyunçularının keyfiyyətini də bilirik. Futbolçularımıza təşəkkür edirəm ki, bu mübarizədən qalib ayrıldıq. Bütün azarkeşlərimizi də təbrik edirəm".

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
106
1
fanat.az

2Mənbələr