AZ

NATO İraqdakı hərbçilərini geri çağırır

BAKI, 20 mart. TELEQRAF

NATO Yaxın Şərqdə hərbi əməliyyatların artması səbəbindən İraq ordusu üçün təlim missiyasını müvəqqəti olaraq geri çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə "France-Presse" (AFP) agentliyinin İraq mənbəsinə istinadən məlumat yayıb.

"Bu, qüvvələrin müvəqqəti geri çəkilməsidir. Onlar vəziyyətdən narahatdırlar" - məlumatda qeyd olunur.

Adı açıqlanmayan NATO sözçüsü agentliyə bildirib ki, alyansın İraqdakı missiyası yenidən qruplaşdırılıb: "Bu missiya qeyri-döyüş xarakteri daşıyır və İraq Silahlı Qüvvələri üçün zabit və mütəxəssislərin hazırlanmasını hədəfləyir".

Seçilən
117
teleqraf.com

1Mənbələr