AZ

Bakı bir gecədə niyə boşaldı?

Martın 19-u axşam saatlarında Ramazan və Novruz bayramı ilə əlaqədar Bakıdan rayonlara üz tutanların sayının kəskin artması Bakı-Ələt yolunda uzun tıxaclara səbəb olub.

Belə ki, yüzlərlə insan saatlarla yolda qalmalı olub. Bir çoxları bildirir ki, bölgələrdə iş imkanlarının məhdud olması səbəbindən insanlsr paytaxta üz tuturlar. Nəticədə isə istər adi günlərdə, istərsə də bayram ərəfəsində şəhərdə dözülməz tıxaclar yaranır.

Bəs bu problemin qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Publika.az xəbər verir ki, bu barədə Globalinfo.az-a hüquq elmləri doktoru, iqtisadçı Vüsalə Əhmədova danışıb. O deyib ki, problemin kökündə əsasən regionlar və paytaxt arasındakı iqtisadi balanssızlıq dayanır:

“Digər problem isə düzgün nəqliyyat planlamasının olmamasıdır ki, bu, ayrı bir mövzudur. Ancaq əsas problem iqtisadi və sosial balans problemidir. İnsanlar iş, təhsil, tibbi və digər xidmətlər üçün Bakıya üz tuturlar. Aparıcı universitetlər və ixtisaslaşmış xəstəxanalar əsasən Bakıda yerləşir. Hər şeydən əvvəl universitetlərin bölgələrə köçürülməsi prosesi sürətləndirilməlidir. O cümlədən də, bölgələrdə iş yerləri və müxtəlif xidmət sektorları inkişaf etdirilməlidir. Bu baş verməzsə, sıxlıq davam edəcək və tıxac problemi həllini tapmayacaq”.

Seçilən
66
8
publika.az

9Mənbələr