AZ

Pep Qvardiolanın gələcəyi sual altında: Qərar günü məlum oldu

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanın klubdakı gələcəyi ilə bağlı qeyri-müəyyənlik davam edir.

Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis komandada qalıb-qalmayacağı ilə bağlı yekun qərarını yaxın günlərdə verəcək.

Məlumata görə, Qvardiola bazar günü "Arsenal"a qarşı keçiriləcək Karabao Kubokunun final matçından sonra rəhbərliklə bir araya gələcək.

Finaldan sonra bir neçə günlük istirahətə çəkiləcək ispaniyalı çalışdırıcının növbəti mövsümdə "şəhərlilər"in sükanı arxasında olub-olmayacağı məhz bu müddət ərzində bəlli olacaq.

Azarkeşlər və klub rəhbərliyi böyük həyəcanla ulduz məşqçinin verəcəyi qərarı gözləyir.

Seçilən
1
1
fanat.az

2Mənbələr