Moskva sakini lotereyada 2,8 milyon rubldan çox (təxminən 53 000 AZN) uduş qazanıb və bunu çantasında saxladığı dəfnə yarpağı ilə əlaqələndirib.
Publika.az xəbər verir ki, məlumat “National Lottery” tərəfindən açıqlanıb.
Məlumata görə, Moskva sakini Nelli lotereyada kortəbii olaraq hər biri 60 rubl olan üç bilet alıb. Onlardan biri isə qalib gəlib və ona 2,8 milyon rubldan çox uduş gətirib.
Qalib qadın bildirib ki, uğuru “çantasındakı dəfnə yarpağı və bir az şans”la əlaqələndirir.