AZ

“Qarabağ”a Yevlaxda ağır zərbə KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Futbol üzrə Misli Premyer Liqasında XXV turun daha bir oyunu keçirilib.

KONKRET.az xəbər verir ki, “Qarabağ” Yevlaxda “Kəpəz”in qonağı olub və gözlənilmədən rəqibinə uduzub – 0:1. Yeganə qolu 45-ci dəqiqədə Fərid Nəbiyev vurub.

Çempionluq yolunda ağır zərbə alan Ağdam təmsilçisi 52 xalla 2-ci pillədə qərarlaşıb. Gəncə klubu 21 xalla 10-cudur.

Günün digər oyununda “Neftçi” öz meydanında “İmişli”ni sınağa çəkəcək. Qarşılaşma saat 19:15-də başlayacaq.

Qeyd edək ki, XXV turun əvvəlki matçlarında “Araz-Naxçıvan” səfərdə “Şamaxı”nı, “Zirə” “Karvan Yevlax”ı 1:0, “Sabah” isə evdə “Sumqayıt”ı 3:1 hesabı ilə məğlub edib. Tura martın 21-də keçiriləcək “Turan Tovuz” – “Qəbələ” görüşü ilə yekun vurulacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
82
7
konkret.az

10Mənbələr