AZ

Ukraynada 2026 cı ildə seçkilərin keçirilməsi mümkün deyil

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ukraynada prezident seçkilərini 2026-cı ildə keçirmək mümkün olmayacaq.

Bizimyol.info xəbər verir ki, “The Times” Ukrayna Mərkəzi Seçki Komissiyası nümayəndəsinə istinadən bildirir ki, ölkədə seçkilərin təşkili üçün hələlik zəruri şərtlər formalaşmayıb.

Qurum sədrinin müavini Sergey Dubovik qeyd edib ki, seçkilərin keçirilməsi üçün əvvəlcə münaqişənin aktiv mərhələsi başa çatmalı, dəqiq demarkasiya xətti müəyyənləşdirilməli və yalnız bundan sonra seçkilərin təşkili üçün ən azı altı aylıq hazırlıq müddəti tələb olunur.

Məqalədə vurğulanır ki, seçkilərlə bağlı qanun layihəsi üzərində işləyən qrup sənədi ötən ay parlamentə təqdim etməli idi. Lakin əsas məsələlər üzrə razılıq əldə olunmadığı üçün bu baş verməyib. Müzakirələrin indi mayın sonuna planlaşdırıldığı bildirilir. Qrupun ümumi mövqeyinə görə, həm zəruri qanunvericilik qəbul edilməli, həm də atəşkəs rejimi təmin olunmalıdır. Bu isə faktiki olaraq yaxın müddətdə prezident seçkilərinin keçirilməsini istisna edir.

Nəşr qeyd edir ki, seçkilərin təxirə salınması ABŞ administrasiyası ilə fikir ayrılığına səbəb ola bilər. Vaşinqton hesab edir ki, Kiyev artıq səsverməni təşkil etməlidir.

Ukrayna prezidenti Vladimir Zelenskinin səlahiyyət müddəti rəsmi olaraq 20 may 2024-cü ildə başa çatıb. Lakin Kiyev hərbi vəziyyətin qüvvədə olduğu şəraitdə seçkilərin keçirilməsinin mümkün olmadığını bildirərək növbəti səsverməni təxirə salıb.

Zelenski dəfələrlə bəyan edib ki, seçkilərin keçirilməsinə hazırdır, lakin bunun üçün qanunvericilik dəyişiklikləri və təhlükəsizlik təminatı vacibdir ki, hərbçilər də səsvermədə iştirak edə bilsinlər. O, parlamentdən müvafiq dəyişiklikləri hazırlamağı, ABŞ və Avropa ölkələrindən isə seçkilərin təhlükəsizliyini təmin etməyi xahiş edib.

Eyni zamanda, Rusiya prezidenti Vladimir Putin bildirib ki, Zelenskinin prezidentlik müddəti “onun legitimliyi ilə birlikdə başa çatıb və bunu heç bir üsulla bərpa etmək mümkün deyil”.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
icma.az

1Mənbələr