AZ

Lukaşenko ABŞ ilə “böyük saziş” anons etdi

Belarus Prezidenti Aleksandr Lukaşenko son vaxtlar Minskə tez-tez səfər edən ABŞ nümayəndələrinin Amerika lideri Donald Trampın adından ikitərəfli gündəliyin geniş spektrini əhatə edən saziş variantı təklif etdiklerini bildirib.

NOCOMMENT.az xəbər verir ki, dövlət başçısı bu təklifi müsbət qarşıladığını vurğulayıb: “Mən buna etiraz edəcəyəmmi? Bu, Belarus üçün də, mənim üçün də vacibdir. Ona görə də dedim ki, bunu normal qəbul edirəm, Donalda çatdırın ki, mən bu böyük sazişin hazırlanmasına və işlənməsinə razıyam”.

Lukaşenko əlavə edib ki, hazırda ABŞ-ın digər prioritetləri olsa da, təşəbbüs üzərində işlər davam edir. Onun sözlərinə görə, bu sövdələşmə yalnız “siyasi məhbuslar” mövzusunu əhatə etmir. Prezident ölkədə siyasi maddələrin olmadığını və bu səbəbdən siyasi məhbus anlayışını qəbul etmədiyini bir daha xatırladıb. O, həmçinin sanksiyaların ləğvi qarşılığında heç vaxt heç nə xahiş etmədiyini xüsusi qeyd edib.

Sara,
NOCOMMENT.az

Seçilən
64
nocomment.az

1Mənbələr