AZ

Almaniya Ukraynaya silah tədarükünü sürətləndirir: icazə prosedurları sadələşdirildi

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Almaniya hökuməti Ukraynaya və Fars körfəzi ölkələrinə müəyyən növ silahların tədarükü üçün razılaşdırma prosesini sadələşdirib. Söhbət əsasən hava hücumundan müdafiə vasitələri və dəniz təhlükəsizliyinin təmininə yönəlmiş avadanlıqlardan gedir.

Bizimyol.info xəbər verir ki, bu barədə Almaniyanın iqtisadiyyat və energetika naziri Katerina Rayxe məlumat verib.

Nazirliyin açıqlamasına görə, bu məqsədlə “ümumi ixrac icazəsi” adlı yeni mexanizm tətbiq olunub və o, sentyabrın 15-dək qüvvədə olacaq. Nazir bildirib ki, bu müvəqqəti qərar müdafiə ixracına nəzarət üzrə inzibati prosedurların yeni çağırışlara uyğunlaşdırılmasına xidmət edir: “Beləliklə, biz tərəfdaş ölkələrin müdafiə maraqları naminə daha sürətli və bürokratik əngəllərdən azad ixracı təmin edir və həmrəylik mesajı veririk”, - deyə o qeyd edib.

Yeni qaydalar Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Küveyt, Bəhreyn, Oman və Ukrayna üçün keçərlidir.

Bundan sonra Alman şirkətləri bu ölkələrə müdafiə məhsullarını əvvəlcədən Federal İqtisadiyyat və İxrac Nəzarəti İdarəsinə müraciət etmədən ixrac edə biləcəklər. Bununla belə, ixracatçılar həyata keçirilən tədarüklər barədə qurumu məlumatlandırmaq öhdəliyini saxlayacaqlar.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
67
icma.az

1Mənbələr