AZ

Onlar video yayımladılar və elan etdilər: Biz müharibəyə qoşulduq!

Yəməndə İranla yaxın əlaqələri ilə tanınan Husi üsyançıları video mesajında ​​ABŞ və İsrailə qarşı mübarizədə İrana qoşulduqlarını elan ediblər.

Turkustan.az xəbər verir ki, Husilər bəyanatlarında münaqişənin təkcə regional deyil, həm də daha geniş təsirlərə malik olduğunu iddia edərək, "Bu müharibə bütün müsəlman icmasının müharibəsidir" ifadəsini işlədiblər.

Mesajda həmçinin Qırmızı dənizdəki ABŞ qüvvələrinə qarşı açıq bir təhdid var idi. Husilər bildiriblər ki, "Biz Qırmızı dənizdə ABŞ gəmilərini vuracağıq". Husilərin bu açıqlamaları Yaxın Şərqdə gərginliyin daha da artmasına və bölgədə təhlükəsizliklə bağlı narahatlıqların artmasına işarə edir.
Husi lideri Əbdül Malik əl-Husi əvvəllər "İsrail və ABŞ-ın ümumiyyətlə bölgəyə nəzarət etmək istədiyini" bildirmiş və Yəmən xalqını İranı dəstəkləyən nümayişlər təşkil etməyə çağırmışdı.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
25
1
turkustan.az

2Mənbələr