“Reuters”in məlumatına görə, bunu İtaliyanın enerji naziriGilberto Piketto Fratinbildirib.
Nazirin sözlərinə görə, İranın Qətərin qaz infrastrukturuna endirdiyi zərbələr tədarük zəncirində ciddi fasilələrə səbəb olub.
Fratin əlavə edib ki, İtaliya yaranmış vəziyyətə baxmayaraq, Avropa İttifaqı ilə birlikdə Rusiyadan qaz idxalına qayıtmağı planlaşdırmır.
Məlumata görə, İtaliya alternativ tədarük marşrutları çərçivəsində ABŞ, Azərbaycan və Əlcəzairlə təmaslarını davam etdirir.
QatarEnergyşirkətinin məlumatına əsasən, hücumlar nəticəsində ölkənin LNG ixrac gücünün təxminən17 faizisıradan çıxıb. Bu isə illik təxminən20 milyarddollar həcmində itki riski yaradır və Avropa ilə Asiya bazarlarına tədarükləri təhlükə altına qoyur.
Röya Əliyeva
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta