AZ

Nadir tibbi hadisə 24 dəqiqə ürəyi dayanan qadın yaşadıqlarını danışdı

Baku.ws portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ-də nadir tibbi hadisə qeydə alınıb. Ürəyi 24 dəqiqə dayanmış qadın sağ qalaraq yaşadıqlarını bölüşüb.

BAKU.WS-in məlumatına görə, bu barədə "The Mirror" nəşri yazıb.

Bildirilir ki, Virciniya ştatında yaşayan Loren Kanadey evində qəfil huşunu itirib. İlk müdaxiləni həyat yoldaşı edib, daha sonra hadisə yerinə gələn həkim briqadası reanimasiya tədbirlərini davam etdirib. Mütəxəssislərin sözlərinə görə, qadının ürəyi düz 24 dəqiqə ərzində fəaliyyətsiz qalıb.

Hadisədən sonra o, iki gün komada olub, daha bir həftə isə reanimasiya şöbəsində müalicə alıb. Həkimlər ona infarkt diaqnozu qoyublar.

Yaşadığı ağır vəziyyətə baxmayaraq, Kanadey həmin anları qorxu və ya ağrı ilə deyil, tam sakitlik hissi ilə xatırladığını deyib. Onun sözlərinə görə, tez-tez bu cür hallarda təsvir edilən "tunelin sonundakı işıq" görüntüsünü görməyib, lakin dərin bir rahatlıq və aramlıq hiss edib.

"Yadımdə qalan yalnız mütləq sakitlikdir. Oyandıqdan sonra da bu hiss bir neçə həftə məni tərk etmədi", – deyə o bildirib.

Qadın qeyd edib ki, bu hadisə onun həyata baxışını tamamilə dəyişib. O, həyatını artıq "ürək dayanmasından əvvəl" və "sonra" olmaqla iki mərhələyə ayırdığını deyir. Onun sözlərinə görə, dəyişiklik daha çox daxili dünyası və düşüncə tərzi ilə bağlıdır.

Hazırda Loren Kanadey bərpa prosesi keçir və ürək fəaliyyətinə nəzarət etmək üçün ona implantasiya olunmuş defibrilyator yerləşdirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
1
baku.ws

2Mənbələr