AZ

Xərçəng diaqnozu qoyulan komediya ustası qaynatasını öldürdü, arvadını yaraladı

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ-da ağır cinayət hadisəsi baş verib.Demokrat.az xəbər verir ki, amerikalı komediyaçı Matthew Thomas Becker sağalmaz xərçəng diaqnozu qoyulduqdan sonra qayınatasını qətlə yetirib, həyat yoldaşını isə öldürməyə cəhd edib.Məlumata görə, hadisə martın 14-də Alyaska ştatının Ankoric şəhərində baş verib. Səhər saatlarında komediyaçının həyat yoldaşı öz gözəllik salonuna gəlib. Lakin o, qapının kilidinin zədələndiyini görərək içəri daxil ola bilməyib. Bu zaman Becker avtomobildən çıxaraq qadına tərəf atəş açmağa başlayıb.Qadın hadisə yerindən qaçaraq gizlənə bilib və dərhal polisə məlumat verib. O, eyni zamanda yaxınlıqda yaşayan atasından narahat olduğunu bildirərək hüquq-mühafizə orqanlarından onun evinə baxılmasını xahiş edib.Hadisə yerinə gələn polis əməkdaşları yaşlı kişini evində ölü vəziyyətdə aşkar ediblər. Məlum olub ki, Becker qayınatasını qətlə yetirib.Bildirilir ki, hadisədən qısa müddət əvvəl komediyaçıya müalicəsi mümkün olmayan ağır xərçəng diaqnozu qoyulub. O, stand-up komediyaçı kimi fəaliyyət göstərir və Arizona ştatının Bisbi şəhərində klub sahibi olub.Faktla bağlı araşdırmalar davam etdirilir.Leyla

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
112
demokrat.az

1Mənbələr