Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.
Hormonal terapiyanın beyin qocalmasının qarşısını almadığı açıqlanıb.Demokrat.az xəbər verir ki, cinsi hormonlarla əvəzedici terapiya yaddaşın qorunması və demensiyanın qarşısının alınması baxımından gözlənilən effekti vermir. Bu barədə Rusiya Elmlər Akademiyasının müxbir üzvü, biologiya elmləri doktoru Aleksey Moskalev gazeta-ya açıqlamasında bildirib.Onun sözlərinə görə, hormon terapiyasının beyin sağlamlığı ilə əlaqəsini araşdıran elmi məqalələr mövcud olsa da, yaddaşın yaxşılaşması və demensiyanın profilaktikası baxımından inandırıcı müsbət nəticələr əldə olunmayıb.Alimin qeyd etdiyi kimi, 2025-ci ilin dekabrında "The Lancet Healthy Longevity" jurnalında dərc olunan geniş icmalda menopauza dövründə tətbiq edilən hormonal terapiyanın qadınlarda demensiya riskinə təsiri ilə bağlı qəti sübut tapılmayıb. Bir milyondan çox qadının məlumatlarının təhlili göstərib ki, terapiyanın növü, müddəti və başlanma vaxtından asılı olmayaraq nəticələr neytral qalır.Moskalev əlavə edib ki, oxşar vəziyyət kişilər üçün də keçərlidir. Onun sözlərinə görə, 2025-ci ilə aid meta-analizlər hipogonadizmi təsdiqlənmiş kişilərdə yaddaş və icraedici funksiyalarda müəyyən statistik yaxşılaşma göstərsə də, bu dəyişikliklər gündəlik həyat və demensiyanın qarşısının alınması baxımından ciddi klinik əhəmiyyət daşımır.Ekspert bildirib ki, bu səbəbdən hormonal terapiya beyin qocalmasının qarşısını almaq üçün effektiv üsul hesab edilmir.Leyla
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.