AZ

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 15%-ə endirib

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini (əsas faiz dərəcəsi -red) 15%-ə endirib...

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankı məlumat yayıb.

Tənzimləyici orqan ilin əvvəlindən bəri ardıcıl ikinci dəfə əsas faiz dərəcəsini 0,5 faiz bəndi azaldaraq illik 15%-ə endirib.

Qeyd edək ki, Rusiya Mərkəzi Bank uçot dərəcəsini ardıcıl yeddinci dəfə aşağı endirib.

Mərkəzi Bankdan Rusiya iqtisadiyyatının balanslaşdırılmış artım trayektoriyasına yaxınlaşdığı bildirilib:" Yanvar ayında sürətləndikdən sonra fevral ayında qiymət artımı gözlənildiyi kimi yavaşlayıb. İllik inflyasiya 2026-cı ildə 4,5-5,5%-ə düşəcək və ilin ikinci yarısında 4% ətrafında qalacaq. Hazırda bu göstərici 5,9%-dir".

Poliqon.info

Seçilən
100
5
poliqon.info

7Mənbələr