Qışdan sonra immunitet sistemi zəifləyir və orqanizm viruslara qarşı daha həssas olur.
E-saglam.az xəbər verir ki, profilaktik tibb üzrə həkim Anastasiya Samoylova yaz mövsümündə immuniteti gücləndirməyin yollarını açıqlayıb.
Mütəxəssisin sözlərinə görə, vitamin və mikroelementlər əsas rol oynayır. Xüsusilə D və C vitaminləri, həmçinin sink və maqnezium bədənin infeksiyalara qarşı müqavimətini artırır və sağalmanı sürətləndirir.
Həkim balanslı qidalanmanı da vacib hesab edir. Tərəvəz, meyvə və zülalla zəngin qidalar orqanizmi lazımi maddələrlə təmin edir və immun sistemini dəstəkləyir.
Bundan əlavə, təmiz havada müntəzəm gəzinti, fiziki aktivlik və sərtləşmə kimi vərdişlər immunitetin güclənməsinə kömək edir. Stress və hipotermiyadan uzaq durmaq da vacibdir.
Samoylova qeyd edib ki, peyvəndlər də effektiv profilaktik vasitədir, lakin onlar düzgün vaxtda edilməlidir. Xəstəlikdən sonra bədənin tam bərpası üçün ən azı iki-dörd həftə gözləmək tövsiyə olunur.
Tərcümə: Könül Oruc
E-saglam.az