AZ

İran Sərdar Azmunu millidən kənarlaşdırıb

ain.az bildirir, Xalq qazeti portalına istinadən.

İran millisinin hücumçusu Sərdar Azmun heyətdən kənarlaşdırılıb. 

XQ "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, Sərdar Azmun ölkəyə xəyanət ittihamı ilə İran milli futbol komandasının heyətindən qeyri-müəyyən müddətə uzaqlaşdırılıb.

Məlumata görə, buna səbəb hazırda BƏƏ-nin Şabab Əl-Əhli klubunda çıxış edən futbolçunun sosial şəbəkədə Dubay rəhbərliyi ilə bağlı paylaşımının rəsmi dairələrdə narazılıq doğurması olub.

Qeyd olunur ki, qərar qüvvədə qalsa 31 yaşlı forvard dünya çempionatı mərhələsində iştirak edə bilməyəcək

Tacir SADIQOVXQ 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
57
1
xalqqazeti.az

2Mənbələr