AZ

Məleykə Abbaszadə vəzifəsindən azad olunur? – RƏSMİ

Son günlər sosial şəbəkələrdə və bəzi media platformalarında Məleykə Abbaszadənin vəzifəsindən azad olunacağı ilə bağlı xəbərlər yayılıb.

İddialara görə, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanların çətinliyi və ümumi fəaliyyətlə bağlı narazılıqların artması bu cür xəbərlərin yayılmasına səbəb olub. Hətta bəzi abituriyentlər sosial şəbəkələrdə sədrin istefasını tələb edən paylaşımlar ediblər.

NOCOMMENT.az-ın əldə etdiyi rəsmi məlumata əsasən, Məleykə Abbaszadə hazırda Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsində fəaliyyətini davam etdirir.

Sədrin istefa verməsi və ya vəzifəsindən azad olunması ilə bağlı mediada və sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Nərmin
NOCOMMENT.az

Seçilən
77
nocomment.az

1Mənbələr